RU

Yalçın Rəfiyev Somalinin naziri ilə görüşüb

Somalidə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika ölkəsinin müdafiə naziri Abdulbakir Məhəmməd Nurla iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib.

Bu barədə müdafiə naziri sosial şəbəkədə bildirib.

"Bu gün (fevralın 4-də – red.) Müdafiə Nazirliyinin mənzil-qərargahında xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini qəbul etdim. Biz iki ölkə arasında, xüsusən də müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə etdik", – o qeyd edib.

Bundan başqa, azərbaycanlı diplomat Moqadişoya səfəri çərçivəsində bu ölkənin neft və mineral ehtiyatlar naziri Dahir Şirlə də görüşüb.

Избранный
9
5
aznews.az

10Источники