RU

UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adlarını açıqladı

UEFA İcraiyyə Komitəsinin iclasında 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin 2027-ci ildə Albaniya və Serbiyada keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

16 komandanın iştirak edəcəyi turnirin Albaniya və Serbiyanın dörd stadionunda keçirilməsi planlaşdırılır. Açılış matçı Serbiyada, final isə Albaniyada keçiriləcək.

Hər iki ev sahibi ölkə finala vəsiqə qazanıb, qalan 14 yer isə 2026 və 2027-ci illərin seçmə mərhələlərində keçiriləcək.

Xatırladaq ki, növbəti Avropa çempionatı iyunun 12-dən iyulun 5-dək Slovakiyada keçiriləcək. 

Mirağa

Избранный
6
fanat.az

1Источники