Xəbər verdiyimiz kimi, Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, zəhərlənən şəxslərin üçü də Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.
N saylı hərbi hissədə xidmət edən hərbçilərimizin kimliyi ilə bağlı açıqlama verilməyib.
Bildirilib ki, zəhərlənən şəxslər hazırda M.T.Məmmədov adına Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Faktla bağlı araşdırma aparılır.
Əli Hüseynov