RU

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 164 nəfər həbs edilib

Türkiyədə

Son bir həftədir Türkiyənin 21 vilayətində İŞİD terror təşkilatına qarşı davam edən “Gürz-44” əməliyyatlarında 164 nəfər həbs edilib.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.

“Sosial həmrəyliyimiz və ortaq dəyərlərimiz terrorun yayılmasının qarşısının alınmasında ən təsirli müdafiə mexanizmlərindən biridir. Biz hərtərəfli mübarizə ilə terroru ölkəmizdən silmək əzmindəyik”,- nazir qeyd edib .

O, şübhəlilərin terror təşkilatı İŞİD daxilində fəaliyyət göstərdiklərini və terror təşkilatına maliyyə təmin etdiklərini bildirib.

Ə. Yerliqaya qeyd edib ki, əməliyyatlar nəticəsində sənədsiz tapança, tüfəng və çoxlu sayda rəqəmsal material da ələ keçirilib.

V. QULİYEV
Избранный
4
reyting.az

1Источники