![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/6ba9d168-15d9-35a5-8791-962de60a3f65_850.webp)
"Neftçi" və "Sabah" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində bu gün ilk oyunlarını keçirəcəklər. "Ağ-qaralar" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Tovuz şəhər stadionunda, saat 16:00-da start götürəcək. Tərəflər arasında cavab matçı fevralın 28-də baş tutacaq.
Günün ikinci oyununda isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Cavab oyunu fevralın 27-də keçiriləcək.
Mətləb