RU

Zelenski Ukraynanın itkilərini açıqladı - Lakin əsir və itkin düşənlərin dəqiq sayı məlum deyil

Rusiya ilə müharibədə 45 min 100 nəfərə yaxın ukraynalı həlak olub.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist Pirs Morqana müsahibəsində deyib.

Bundan əlavə, prezident yaralıların sayını açıqlayıb. Onun sözlərinə görə, söhbət təxminən 390 min yaralıdan gedir:

"Elə insanlar var ki, yaralanıb, sonra cəbhə xəttinə qayıdıb və yenidən yaralanıb. Yəni, yaralanma sayı yaralıların sayından çoxdur". 

O əlavə edib ki, əsir götürülən ukraynalı müdafiəçilərin dəqiq sayı məlum deyil. Ancaq söhbət minlərlə insandan gedir.

Döyüşlər zamanı minlərlə insan da itkin düşüb. Onların başına nə gəldiyi dəqiq məlum deyil.

“AzPolitika.info”

Избранный
16
1
azpolitika.info

2Источники