RU

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK)arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, qarşılıqlıəməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq vəazadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəlitəşkili istiqamətində birgə fəaliyyət davam etdirilir.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindənməlumat verilib.

Belə ki, Milli Preventiv Mexanizm fəaliyyəti sahəsindəformalaşmış ölkə təcrübələrinin mübadiləsi, bu istiqamətdəəməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə TİHEK-in sədriMuharrem Kılıçın dəvəti əsasında Ombudsman Səbinə Əliyevanınrəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Qaziantepşəhərində təcrübə mübadiləsində olub.

Səfər müddətində Qaziantep Şehitkamil açıq tipli cəzaçəkməmüəssisəsinə və Qaziantep Şehitkamil Ərazi Polis İdarəsininmüvəqqəti saxlanma yerlərinə başçəkmələr təşkil olunub. Nümayəndəheyəti müəssisələrdəki qanunvericilik əsaslı yeniliklərlə,saxlanılan şəxslər üçün yaradılan imkanlarla, ümumi şəraitlə, eləcədə həmin şəxslərin hüquqlarının təmini vəziyyəti, buradaformalaşmış təcrübə ilə yaxından tanış olub.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun yeni açılmışQaziantep bürosu da ziyarət olunub. TİHEK-in ilk bürosu barədəətraflı təqdimatlar verilib. Azərbaycan Ombudsmanın regionalmərkəzlərinin illərdir formalaşmış təcrübəsi barədə SəbinəƏliyevanın təqdimatı maraqla qarşılanıb. Hər iki qurumun fəaliyyətistiqamətləri barədə fikir və təcrübə mübadiləsi aparılıb,qarşılıqlı şəkildə suallar cavablandırılıb.

Səfər çərçivəsində, həmçinin Qaziantep Böyükşəhər bələdiyyəsədri Fatma Şahin, Şahinbey rayon bələdiyyə sədri MehmetTahmazoğlu, şəhər valisi Kemal Çeber, Qaziantep Baş prokuroruİsmail Karataş ilə görüşlər də keçirilib.

Ombudsmanın
Ombudsmanın
Ombudsmanın
Ombudsmanın
Ombudsmanın
Ombudsmanın
Məqalədə:
Избранный
3
4
az.trend.az

5Источники