RU

AzMİU və UZGE İnstitutu arasında strateji görüş: beynəlmiləlləşmə və elmi potensialın gücləndirilməsinə doğru növbəti addım (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqelmi əməkdaşlığını genişləndirmək və tədqiqatyönümlü universitetəçevrilmək istiqamətində növbəti addımı atıb. Bu çərçivədəTürkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkındafəaliyyət göstərən UZGE – Milli Zəmin Təhlükəsizliyi İnstitutununrəhbəri dosent Gültəkin Coşqun AzMİU-nun qonağı olub.

Səfər çərçivəsində dosent Gültəkin Coşqun AzMİU-nun tədrisişləri üzrə prorektoru professor Akif Qasımovla görüşüb.Türkiyə-Azərbaycan Universitetinin (TAU) və AzMİU nümayəndələrinində iştirak etdiyi görüşdə universitetin beynəlxalq əlaqələriningücləndirilməsi, elmi-tədqiqat imkanlarının artırılması vəinnovativ həllərin sənaye ilə inteqrasiyası müzakirə olunub.

Gültəkin Coşqun UZGE İnstitutunun fəaliyyəti barədə məlumatverərək metrologiya və döşəmə təhlükəsizliyi sahəsində yüksəkkeyfiyyətli sınaq və sertifikatlaşdırma xidmətlərinin təqdimolunduğunu vurğulayıb. O, institutun helkopter eniş zolaqları vəmüxtəlif növ döşəmə örtüklərinin sürtünmə əmsallarının tədqiqisahəsində apardığı araşdırmaların əhəmiyyətindən danışaraq buistiqamətdə AzMİU və TAU ilə əməkdaşlığın prioritet olduğunu qeydedib.

Prorektor Akif Qasımov universitetin beynəlxalq tədqiqatşəbəkələrinə inteqrasiyasının və sənaye ilə əlaqələriningücləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirərək UZGEİnstitutu ilə əməkdaşlığın elmi potensialın artırılması vəinnovativ həllərin tətbiqi baxımından vacib olduğunuvurğulayıb.

Görüşdə elmi-tədqiqat layihələrinin birgə icrası, texnologiyatransferi, metrologiya və standartlaşdırma üzrə birgəlaboratoriyaların qurulması, beynəlxalq elmi jurnallardaməqalələrin nəşri və sənaye ilə innovativ həllərin tətbiqiistiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Избранный
4
1
az.trend.az

2Источники