RU

Uğursuz olacaq, fətva qüvvədədir - Tehrandan Trampa

ABŞ lideri Donald Trampın İrana maksimum təzyiq göstərmək üçün yeni cəhdi əvvəlki prezidentlik dövründə olduğu kimi, uğursuzluqla nəticələnəcək.

Ölkə.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Trampın İranla bağlı mövqeyini və imzaladığı sərəncamı şərh edərkən deyib.

"Maksimum təzyiq uğursuz sınaqdır və yenidən cəhd başqa bir uğursuzluğa səbəb olacaq", - iranlı nazir bildirib.

Araqçi eyni zamanda, ABŞ prezidentinin Tehranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlığı əsassız sayaraq bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiq qalır. 

“Əsas məsələ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdırsa, o zaman problem yoxdur. İranın mövqeyi çox aydındır. Tehran NPT-yə sadiqdir və ali rəhbərin hər şeyi müəyyən edən fətvası qüvvədədir”, - iranlı nazir qeyd edib.

Mürtəza
Ölkə.Az

Избранный
4
1
olke.az

2Источники