RU

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.

AzEdu.az xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.

İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.

Избранный
5
13
azedu.az

10Источники