RU

Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - Komitə sədri açıqladı

"İslahatların davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasının təmin edilməsi məqsədilə ötən il dekabrın 23-də cənab prezidentin Sərəncamı oldu. Xüsusi Sərəncama görə, bu ilin yanvarın 1-dən əmək haqlarının minimum məbləği, yəni minimum əməkhaqqı 400 manata qaldırıldı".

Sitat.info xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. 

Komitə sədri əlavə edib ki, bundan əlavə dövlət başçısı hökumətə tapşırıq verib ki, pensiyanın minimum məbləğinin 320 manata qaldırılması ilə əlaqədar fevralın 1-nə qədər öz təkliflərini hazırlayıb cənab Prezidentə təqdim etsinlər: "Milli Məclisin yaz sessiyasının ilk iclasında "Əmək pensiyaları" haqqında qanuna baxıldı və qanuna dəyişiklik edildi. Pensiyaların məbləği mövcud 280 manatdan 320 manata qaldırıldı. Bu, minimum məbləğ haqqındadır və təxminən 14,3 faiz artım deməkdir.

Ötən il orta aylıq əməkhaqqındakı 8 faizdən bir qədər artıq artımı da nəzərə alaraq pensiyaların sığorta hissəsinə də əlavələr olunacaqdır. Təxminən səkkiz faizdən bir qədər artıq pensiyaların sığorta hissəsi artacaqdır. Pensiyanın minimum məbləğinin artırılması fevralın 1-dən, sığorta hissəsinə olan artımlar isə yanvarın birindən hesablanacaq".

 

Избранный
4
1
sitat.info

2Источники