RU

Tramp ABŞ-ı UNRWA və BMT İnsan Haqları Şurasından çıxarır

Bakı,TurkicWorld

ABŞ prezidenti Donald Tramp, ölkəsinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) və BMT İnsan Haqları Şurasından çıxmasına dair sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, Ağ Evdə keçirilən imza mərasimində Tramp, ABŞ-ın artıq bu qurumların bir hissəsi olmayacağını bildirib.

Tramp, UNRWA-nın fələstinlilərə yardım məqsədilə yaradıldığını, lakin ABŞ-ın bundan sonra bu qurumu dəstəkləməyəcəyini vurğulayıb.

Qeyd edək ki, İsrailin Qəzzada törətdiyi soyqırım zamanı UNRWA tez-tez gündəmə gəlmiş, respublikaçılar qurumun bağlanmasını tələb etmişdilər.
Daha əvvəl Co Bayden administrasiyası da UNRWA-ya maliyyə yardımlarını dayandırmaq qərarına gəlmişdi.

Tramp administrasiyası həmçinin, ABŞ-ın BMT İnsan Haqları Şurasından da çıxacağını açıqlayıb. ABŞ, BMT-nin bu qurumlarını “qərəzli və effektiv olmayan” adlandırıb.

Избранный
25
turkic.world

1Источники