RU

HƏMAS Trampın Qəzza planına qarşıdır: "Bu, işğaldır"

Hurriyyet.az xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza sektorundan qovulması və anklavın ABŞ-ın nəzarətinə keçməsi barəsində çıxışını qınayıb. 

Bəlli olduğu kimi, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Qəzza bölgəsinin sakinlərini müxtəlif ölkələrə, o cümlədən İordaniya və Misirə köçürmək fikrində olduğunu bildirib. Tramp Birləşmiş Ştatların Qəzza bölgəsini "nəzarət altına alacağını" və regionda gedən işlərin məsuliyyətini öz üzərinə götürəcəyini söyləyib.

HƏMAS təşkialtının "Teleqram" kanalındakı açıqlamasında deyilir: "Biz islam müqaviməti hərəkatı olaraq, ABŞ Prezidenti Trampın Qəzza bölgəsinin Amerika Birləşmiş Ştatları tərədindən işğalı və Fələstin xalqının oradan sıxışdırılıb çıxarılması barəsindəki bəyanatını ən qətiyyətli şəkildə pisləyirik və buna etirazımızı bildiririk".

Hürr Tərcüman

 

Избранный
3
hurriyyet.az

1Источники