Rusiya prezidenti Vladimir Putin Belarusla təhlükəsizlik zəmanəti haqqında müqaviləni ratifikasiyaya təqdim edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, sənədi parlamentarilərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qluşko təqdim edəcək.
Qeyd edək ki, Rusiya ilə Belarus arasında təhlükəsizlik zəmanəti haqqında müqavilə 2024-cü il 6 dekabr tarixində imzalanıb.