RU

Elektron reseptin üstünlükləri

Bakı. Trend:

Elektron Resept, kağız üzərində yazılan ənənəvi reseptlərdənfərqli olaraq, bir sıra mühüm üstünlüklərə malikdir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Rəqəmsal SəhiyyəMərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, elektron reseptlər itmir, zədələnmir vəfiziki daşıyıcılarda yaranan mümkün problemlərdən qorunmuşolur:

“Pasiyentlərə təyin edilən bütün reseptlər sistemin yaddaşındasaxlanılır ki, bu da tibbi məlumatların əlçatanlığını təmin edərək,xəstələrə daha dəqiq və effektiv müalicə təyin edilməsinə şəraityaradır. Elektron reseptlərin tətbiqi, həmçinin ölkəyə qanunsuzyolla gətirilən dərman vasitələrinin dövriyyəsinin qarşısınıalaraq, bu sahədə şəffaflığın artırılmasına xidmət edir”.

S.Məhərrəmova bildirib ki, elektron resept sistemində yalnızdövlət qeydiyyatından keçən və qiymətlərin yuxarı həddi TarifŞurası tərəfindən təsdiq edilən dərman preparatlarının təyinedilməsi mümkündür:
“Bu yanaşma pasiyentlərin keyfiyyətsiz və istifadə müddəti bitmişdərman vasitələrinə məruz qalmasının qarşısını alır və onlarıntəhlükəsiz müalicə almasını təmin edir. Elektron Resept tətbiqinindaha bir üstünlüyü pasiyentə yazılan dərman vasitələrinin qəbulvaxtlarının xatırladılmasıdır. Bunun üçün pasiyent mobil tətbiqədaxil olub ona yazılan dərman vasitələrinin vaxtlarını bir kliklətəqvimə əlavə edir. Dərman preparatlarının qəbul vaxtlarında təqvimüzərindən mobil cihaza bildiriş daxil olur”.

Bundan əlavə, mütəxəssis qeyd edib ki, elektron resept tətbiqivasitəsilə dərman vasitələrinin molekulyar tərkibinin təyinedilməsi mümkündür:

“Bu isə pasiyentlərə qiymət baxımından daha uyğun alternativlərseçmək imkanı yaradır, onların müalicə prosesini həm iqtisadi, həmdə tibbi cəhətdən daha əlverişli edir”.

Избранный
11
5
az.trend.az

6Источники