RU

"Heç vaxt legioner limitinin artırılmasının tərəfdarı olmamışam" - Yunis Hüseynov DANIŞDI

"Komandanın sayının artırılması eyni zamanda legionerlərlə bağlı limitin aradan qaldırılması ilə bağlı qərarların verilməsindən xəbərimiz var". Bunu SİA-ya açıqlamasında "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov deyib.

O, AFFA İcraiyyə Komitəsinin dünənki iclasında qəbul olunan qərarlara münasibət bildirib.

Hüseynov bildirib ki, heç vaxt legioner limitinin arıtılmasının tərəfdarı olmayıb: "Bunu daha öncə çıxışlarımda da qeyd etmişəm. Ancaq komanda sayının arıtılmasının tərəfdarıyam. Bu çox yaxşı addım oldu. Limit sayının arıtılması futbolçularımızın inkişafına təsir edəcək. Mənə elə gəlir ki, yerli futbolçularımız oynamasa bu hal yerli çempionata yaxşı təsir etməyəcək. Milli komanda da bu baxımdan ciddi çətinlik çəkəcəyik".

Qeyd edək ki, ötən gün AFFA İcraiyyə Komitəsi ölkə çempionatında legioner limitini ləğv edib, yeni mövsümdə komanda sayının 12-yə yüksəldilməsinə qərar verib. 2025/2026 mövsümünün əsasnaməsi və formatı isə İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Banuçiçək Hüseynli

Müəllif: Banuçiçək Hüseynli
Избранный
2
sia.az

1Источники