RU

Yağış, külək, duman... - PROQNOZ

Yağış,
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə intensivləşəcəyi ehtimalı var, arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Избранный
36
49
1news.az

10Источники