ABŞ prezidenti Donald Trampın Netanyahunun əyləşməsi üçün kreslosunu çəkdiyi görüntülər dünyada sosial mediada qızğın müzakirələrə səbəb olub
Ölkə.Az xəbər verir ki, Vaşinqtonda səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahuya qarşı belə münasibət təkcə sosial mediada deyil, eyni zamanda müxətlif KİV-də də ciddi rezonans yaradıb.
Şərhlərdə Trampın Netanyahunun kreslosunu itələdiyi anlar simvolik mənada çox şey ifadə etdiyi qeyd olunub:
- ABŞ-nin gerçək ağasının kim olduğu göründü;
- Tramp Netanyahuya və yəhudi lobbisinə sədaqətini nümayiş etdirdi;
- Maraqlıdır, Tramp Administrasiyası Türkiyə üçün hansı “yaxşı şeylər” planlaşdırır? Hətta Tramp daha təhlükəlidir;
- ABŞ İsrailin işğalı altında olan ölkədir;
- Trampın İsrail tərəfindən şantaj olunması məsələsi yenidən gündəmə gəlir;
- Bu, Amerikanın sonudur və sair bu kimi şərhlər yazırlar.
Mürtəza
Ölkə.Az