RU

Film kimi həyat:30 ildə başına gəlməyən qalmadı

ABŞ-nin Viskonsin ştatında şəxsiyyət oğurluğunun qurbanı olan kişinin həyatı kabusa çevrilib. 

“Cebheinfo.az” xəbər verir ki, 59 yaşlı İT mütəxəssisi Metyu Devid Keyrans 30 il ərzində Uilyam Vudsun şəxsiyyətini oğurlayaraq onun adı ilə özünə həyat qurub. Belə ki, Keyrans saxta şəxsiyyəti ilə ailə qurub, prestijli bir işdə çalışıb və kredit götürərək maddi qazanc əldə edib. Amma əsl Uilyam Vuds bu müddət ərzində çətinliklərlə üzləşib. Şəxsiyyətinin oğurlandığını anlayan və həqiqəti sübut etməyə çalışan Vuds sistemdə böyük bir səhvlə qarşılaşıb. 

2019-cu ildə banka gedərək hesablarının yoxlanılmasını tələb etdikdə, təhlükəsizlik suallarına cavab verə bilmədiyi üçün dələduzluqda ittiham olunub.

Bank rəsmiləri Keyransın şəxsiyyət ifadəsinə inanıb və polisə məlumat veriblər.

Bu anlaşılmazlıq səbəbindən Vuds 428 gün həbsdə, 5 ay isə ruhi xəstəxanada yatmalı olub. 

O, özünü müdafiə etməyə çalışsa da, səlahiyyətlilər onun dəli olduğunu düşünüblər. Həqiqət Ayova Universitetindən bir detektivin işə rəhbərlik etməsi ilə üzə çıxıb. DNT testləri Vudsun əsl şəxsiyyətini sübut edib və Keyransın böyük yalanını ortaya çıxarıb. İllərdir saxta şəxsiyyətlə yaşayan Keyrans həqiqət üzə çıxanda cinayətini etiraf etməli olub. Məhkəmədə üz-üzə gələn Vudsla Keyrans arasında emosional anlar yaşanıb. Hakim Keyransı şəxsiyyət oğurluğu və dələduzluq ittihamı ilə 12 il həbs cəzasına məhkum edib. Bu hadisənin mənşəyi 1980-ci illərin sonlarına təsadüf edir. 

İkisi Nyu Meksikoda hot-doq arabasında işləyərkən tanış olublar. Vudsun dediyinə görə, Keyrans bir gün onun pul kisəsini oğurlayıb, lakin tutulan zaman onu geri verməli olub. Bununla belə, Keyrans tezliklə Vudsun sosial təminat nömrəsini və şəxsiyyət məlumatlarını köçürüb və yeni həyatın əsaslarını qoyub. 

1988-ci ildən etibarən Keyrans öz adından tamamilə imtina edərək Vuds kimi yaşamağa başlayıb. 

Onun adı ilə kredit götürüb, iş tapıb, ailə qurub və sözün əsl mənasında yeni bir kimliyə bürünüb. Prokurorların açıqlamalarına görə, Keyransın Vudsun adına götürdüyü kreditlərin ümumi məbləği 200 min dolları keçib. 

Digər tərəfdən, əsl Uilyam Vuda illərlə evsiz qalıb. 2015-ci ildə məşhur yutuber Fousey Tube Vudsun həyat mübarizəsini sənədləşdirən videolar çəkərək onun hekayəsini dünyaya göstərib. Bu videolar Vudsa onun adına açılmış saxta hesabları aşkarlamağa kömək edib və illərlə davam edən şəxsiyyət oğurluğunun üstünü açıb. Gec də olsa ədalətin təmin olunduğu üçün rahatlayan Vuds “Həqiqət üzə çıxdı və həqiqət önəmlidir” deyərək, keçdiyi böyük mübarizənin sonunda haqqını ala bildiyini vurğulayıb. 

Избранный
6
cebheinfo.az

1Источники