RU

Amerika əsgərləri 90 gün ərzində Suriyadan çıxarıla bilər- ABŞ mediasından iddia...

Image

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bütün Amerika əsgərlərini Suriyadan çıxarmağa hazırlaşdığı iddia edilir. “NBC News”un iki ABŞ müdafiə rəsmisinə istinadən verdiyi məlumata görə, Trampın son bəyanatlarından sonra ABŞ qoşunlarının Suriyadan çıxarılması planları hazırlanır. 

Müdafiə rəsmisi bu yaxınlarda Tramp və ona yaxın məmurların ABŞ qoşunlarının Suriyadan çıxarılmasında maraqlı olduqlarını açıqlamasından sonra, Pentaqon rəsmilərinin 30, 60 və ya 90 gün ərzində qoşunların tam çıxarılması üçün planlar hazırlamağa başladığını bildirib.

Keçən həftə jurnalistlər Trampa, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı İsrail hökumətinə məlumat verilməsi barədə iddialarla bağlı sual veriblər. Tramp "... bununla bağlı qərar verəcəyik. Suriyaya qarışmayacağıq... Suriyada kifayət qədər xaos var. Orada işə qarışmağa ehtiyacımız yoxdur".

İlk səlahiyyət müddətində Tramp müdafiə naziri Ceyms Mettisə bütün ABŞ qoşunlarını Suriyadan çıxarmağı əmr etmişdi. Mettis plana qarşı çıxdı və sonda etiraz olaraq istefa verdi. Tramp ABŞ qoşunlarının əksəriyyətini geri çəkdi, lakin sonradan onları yenidən bölgəyə köçürmək məcburiyyətində qaldı. ABŞ-ın Suriyadakı mövcudluğu o vaxtdan bəri davam edir. Pentaqon 2024-cü ilin dekabrına qədər Suriyada təxminən 2000 əsgərinin olduğunu açıqlayıb.

TAHİR





Избранный
29
baki-xeber.com

1Источники