RU

ABŞ-da təyyarə qəzasında ölənlərin cəsədləri çaydan çıxarıldı

Xilasedicilər Vaşinqtonda qəzaya uğrayan təyyarənin 67 qurbanının cəsədini Potomak çayından çıxarıblar.

Publika.az xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti bildirib.

Qeyd olunur ki, 66 meyitin şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, yanvarın 30-da ABŞ Hava Yollarına məxsus Bombardier CRJ 700 sərnişin təyyarəsi və Sikorsky H-60 ​​(Black Hawk) hərbi helikopteri Vaşinqton səmasında, Reyqan Milli Hava Limanı yaxınlığında toqquşub.

Təlim uçuşu həyata keçirən helikopterdə 60 sərnişin və 4 ekipaj üzvü, 3 hərbçi olub.

Избранный
17
publika.az

1Источники