RU

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Qazaxlı Alikin oğlu kimi tanınan Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
BUTA.TVTeleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesi təxminən 10 dəqiqə çəkib. Məhkəmənin təxirə salınmasında səbəb kimi təqsirləndirilən şəxslərdən Ramil Paşşanovun səhhətinin pisləşməsi və 2 saylı İstintaq Təcridxanasının müalicə məntəqəsinə yerləşdirilməsi göstərilib. Hakim növbəti prosesdə R.Paşşanovun məhkəməyə gətirilməsini istəyib. Növbəti məhkəmə prosesi fevral ayının 12-ə təyin edilib. Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.

Избранный
6
5
buta.tv

6Источники