Saatlı Tibb Kolleci mühafizə xidmətinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi “TİİM” MMC olub.
Tərəflər arasında 32.900 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən Saatlı Tibb Kolleci 8 ay ərzində Tədris binasının mühafizə olunmalıdır.
Qeyd edək ki, TİİM Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.
Xatırladaq ki, Saatlı Tibb kollecinin direktoru Həkim Mürsəlov Kamal Əlimuxtar oğludur.