RU

Zelenski səfərbərliyin vaxtını uzatdı

Fevralın 5-də Ukrayna prezidenti Vladimir Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında yanvarda qəbul edilmiş qanunları imzalayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ali Radanın saytında deyilir.

Hər iki qanun yanvarın 15-də xalq deputatları tərəfindən qəbul edilib və yanvarın 22-də imzalanmaq üçün prezidentə təqdim edilib.

Sənədlərin özündə hərbi vəziyyətin və səfərbərliyin hansı tarixlərə qədər davam edəcəyi göstərilmir, lakin izahat yazısında qeyd olunur ki, əvvəlki uzadılma fevralın 8-i səhər saatlarında başa çatır, yeni uzadılma isə 90 gündür.

Belə ki, Zelenski hərbi vəziyyət və səfərbərliyi mayın 9-u səhər saat 5:30-a qədər uzadıb.

Xəbər 3 dəfə oxunub.
Избранный
13
xezernews.az

1Источники