RU

"Nissan" "Honda"nın törəmə müəssisəsi olmaqdan imtina edir

Yaponiyanın "Nissan Motors" şirkəti "Honda Motors" ilə birləşmə danışıqlarını dayandırmaq qərarına gəlib.

Valyuta.az bu barədə "Nikkei Asia"ya istinadən xəbər verir.

"Danışıqlar holdinq şirkəti modeli əsasında aparılıb, lakin inteqrasiya payı kimi şərtlər razılaşdırılmayıb. "Honda" "Nissan"ı törəmə şirkətə çevirməyi təklif edib, lakin "Nissan" daxilindəki güclü müqavimətə görə danışıqları dayandırmaq qərara alınıb", deyə agentliyin məlumatında qeyd edilir.

2024-cü ilin dekabrında avtomobil istehsalçıları 2026-cı ilə qədər holdinqlə birləşmə danışıqlarına başlamağa razılaşdıqlarını bildiriblər. Güman edilirdi ki, yeni şirkət daxilində "Honda" və "Nissan" öz brendləri altında fəaliyyət göstərəcəklər.

Bundan əvvəl məlum olmuşdu ki, Yaponiyanın avtomobil istehsalçıları "Honda", "Nissan" və "Mitsubishi" uzun illər dominantlıq etdikləri Asiya ölkələrində əhəmiyyətli bazar payını itiriblər. Bu, Çin avtomobil şirkətlərinin genişlənməsi səbəbindən baş verib.

Paşa Məmmədli

Избранный
109
11
valyuta.az

10Источники