Bakı. Trend:
Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə 2019-2025-cüillərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasıməqsədilə 4 sosial islahat paketi icra olunub.
Trend xəbər verirki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri HimalayMəmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalarınindeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuatkonfransında məlumat verilib.
Bildirilib ki, 4 milyondan çox vətəndaşı əhatə edən buislahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği 8,2milyard manata yaxındır.
Qeyd olunan islahatlar nəticəsində:
- minimum əməkhaqqı 3,1 dəfə artıb;
- orta aylıq əməkhaqqı 85 faiz artıb (545 manat – 1009 manat);
- əməkhaqqı fondu 3 dəfə artıb;
- sosial müavinət və təqaüd ödənişləri 5,5 dəfəyə yaxın artıb(illik 400 mln. manat -1,9 mlrd. manat);
- ünvanlı yardımın orta aylıq məbləği 2,6 dəfə artıb (175 manat /487 manat);
- ehtiyac meyarı 2,5 dəfə artıb (116 manat / 270 manat), yaşayışminimumuna bərabərdir;
- 10 yeni sosial ödəniş növü təsis edilib.