Amerikalı döyüşçü, keçmiş UFC çempionu Şon Striklend növbəti dəfə Həmzət Çimayevi sərt tənqid edib.
Publika.az xəbər verir ki, əvvəllər çeçen əsilli döyüşçü Çimayev İsveç bayrağı altında döyüşürdü. 2025-ci ilin əvvəlində onun BƏƏ pasportu aldığı məlum olub.
Strikland bildirib ki, Çimayev və ailəsi təqiblərdən yayınmaq üçün Çeçenistandan qaçıb, lakin sonra UFC 294-də Kamaru Usman üzərində qələbəyə görə respublika lideri Ramzan Kadırovdan yeni “Gelendvagen” almaq üçün geri qayıdıb.
“O, Çeçenistana qayıtdı, çünki kimsə ona “Gelendvagen” almaq istəyirdi. O, “Oh, bəli! Mən fahişə olacağam. Mən bunu edəcəm! Sənin üçün diz çökəcəm. “Gelendvagen” xoşuma gəlir!” dedi.