Bakı. Trend:
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan“İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi OrxanBabazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Trend-in əldəetdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi AzadMəcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrumedilib.
Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyətəqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsinitəklif etmişdi.
Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var vəonlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə,zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyibildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb vəleqallaşdırılıb.
Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittihamirəli sürülüb.