1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Antalyanın Qazipaşa bölgəsində (Türkiyə) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Antalyadan Adıyamana getmək üçün yola çıxan avtobus dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və iki işçi, həmçinin 30 sərnişin yaralanıb, onlardan 3-ünün vəziyyəti ağırdır.
Xəstəxanalara yerləşdirilən 33 nəfərdən (8-i uşaq) birinin həyatını xilas etmək mümkün olmayıb.