22 dəfə Böyük Dəbilqə çempionu olan Rafael Nadal kariyerasının son yarışına hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İspaniyalı tennisçi, noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək "Devis Cup"da son dəfə korta çıxacaq.

Nadal bu il zədələr səbəbindən məhdud sayda turnirdə iştirak edib və artıq bir neçə dəfə kariyerasını bitirmək ehtimalından danışıb.

Dünya tennisinin əfsanəsi olan Nadal, uzun illər boyu Federer və Cokovic kimi ulduzlarla rəqabətdə olub və xüsusilə "France Open" turnirində 14 qələbə ilə tarixə düşüb.

Son yarışına çıxmağa hazırlaşan Nadal, azarkeşlərinə minnətdarlığını bildirib:

“Bu illər ərzində məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Son matçımı yüksək səviyyədə başa vurmaq istəyirəm”.