ABŞ Müdafiə Nazirliyi qoşunlarını Suriyadan tamamilə çıxarmağı planlaşdırmağa başlayıb. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin NBC televiziyası hökumətdəki mənbələrə istinadən bildirib. Xəbərdə deyilir ki, Müdafiə Nazirliyi bütün ABŞ qoşunlarını Suriyadan çıxarmaq üçün planlar hazırlayır. Məlumata görə, Pentaqon Prezident Donald Trampın bununla bağlı səylərindən sonra hərəkətə keçib. Xəbərdə deyilir ki, ABŞ qoşunları Suriyadan çıxarsa, terrorçu “Suriya Demokratik Qüvvələri”nin tərkibindəki kürd birləşmələri dəstəksiz qala bilər. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp seçki kampaniyasında qoşunların Suriyadan çıxarıla biləcəyi barədə mesajlar vermişdi.