RU

Zəngəzurda nə baş verir? - Silahlı toqquşma

Zəngəzur mis-molibden kombinatının işçiləri arasında silahlı toqquşma baş verib, zərərçəkənlər var.

Oxu.Az-ın "Sputnik"ə istinadən verdiyi məlumata görə, hadisə tətil edən işçilər və tətillə qarşı çıxanlar arasında baş verib. Tətil edənlər odlu silah və bıçaqlarla işləməyə davam etmək istəyənlərə hücum ediblər.

Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, hadisə yerinə polis dəstələri göndərilib və toqquşmanın qarşısı alınıb. Hazırda 8 nəfər saxlanılıb.

Qeyd edək ki, kombinatın bir qrup işçisi artıq bir neçə gündür tətil edir. Onlar əmək haqqının 50% artırılmasını tələb edirlər, kombinatın rəhbərliyi isə bunu qəbuledilməz adlandırır. Tərəflər arasında danışıqlar davam edir.


Telegram kanalımız
Избранный
40
yenisabah.az

1Источники