RU

"150 manatlıqsan" dedi, QIRĞIN DÜŞDÜ

Müğənni Samirə Yusifqızı qonaq olduğu "Bir gün" verilişində gərgin anlar yaşayıb.

Ölkə.az xəbər verir ki, proqramın qonaqlarından olan meyxanaçı Yaşar Qafanlının ünvanına dediyi sözlər onu özündən çıxarıb.

Samirə etirazını bu sözlərlə bildirib:

"Mənə 150 manat qiymət qoymusunuz? Mənzurə toya 3 minə, sən 150-yə gedirsən deyirsən. Bu nə deməkdir? Məni dəyərsiz etmək istəyirsən? Sənətçinin qiyməti yoxdur. Mənzurə ilə eyni məkanda çalışırıq, bir qiymətə gedirik. Məni xalq seçib məclisinə çağırırsa, havayı da gedərəm".

O, qarşı tərəfin cavabını verdikdən sonra verilişi tərk edib.

Избранный
24
16
olke.az

10Источники