RU

Kanada - ABŞ sərhədində qanunsuz miqrantların saxlanılması zamanı bir nəfər ölüb

Kanada – ABŞ sərhədini keçməyə cəhd edən 15 nəfər saxlanılıb, 1 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə CTV telekanalı Kanada Milli Polisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanvarın ortalarında və fevralın əvvəlində ABŞ ilə həmsərhəd olan Alberta və Manitoba əyalətlərində qanunsuz mühacirlərin nüfuz etməsi ilə bağlı üç cəhd qeydə alınıb. Saxlanılanlar arasında ən azı dörd uşaq var. Polis tərəfindən təqib edilən bir kişinin "özünə vurduğu güllə yarası nəticəsində" öldüyü iddia olunur.

Избранный
16
1
ikisahil.az

2Источники