RU

Sabiq meri və həyat yoldaşını öldürdülər, doğrayıb çəlləklərə yığdılar

Rusiyanın Samara şəhərinin sabiq meri Viktor Tarxov və həyat yoldaşı Natalya güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsindəki mənbə bildirib.

Bildirilir ki, Tarxovlar bu yaxınlarda Finlandiyadan Rusiyaya qayıdıblarmış

Viktor Tarxov 3 yanvar 1948-ci ildə Kuybışevdə (Samara) anadan olub. Kuybışev Sintetik Spirt Zavoduna, yenidənqurmadan sonra Kuybışev Vilayət İcraiyyə Komitəsinə rəhbərlik edib, Novokuybışevsk Neft Emalı Zavodunun baş direktoru vəzifəsini tutub.

Mənbənin sözlərinə görə, qətliamda şübhəli bilinən, qurbanların nəvəsi Yekaterina Belskaya saxlanılıb. O, ifadə verməkdən imtina edib.

Избранный
5
1
publika.az

2Источники