RU

Növbəti ildən Qarabağ Universitetində magistratura və doktoranturaya qəbul MÜMKÜN OLACAQ?

Ötən ilin avqustunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov açıqlamasında bildirmişdi ki, Qarabağ Universitetində növbəti illərdə magistratura və doktorantura səviyyəsində qəbul aparılacaq

Bildiyimiz kimi, hazırda universitetdə bakalvriat səviyyəsində təhsil həyata keçirilir.

Ancaq bir çox tələbəyə maraqlıdır ki, Qarabağ Universitetində magistratura və doktorantura səviyyələri üzrə nə zaman qəbul aparılacaq?

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən  Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı hələki yekun qərar yoxdur.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
29
bizim.media

1Источники