“Nyukasl Yunayted” İngiltərə Liqa Kubokunun finalına yüksəlib.
Vətəninfo.az xəbər verir ki, ingiltərəli Eddi Hauun rəhbərlik etdiyi komanda yarımfinalın cavab oyununda Londonun “Arsenal” klubunu 2:0 hesabı ilə məğlub edib.
İngilis hücumçular Ceykob Merfi və Entoni Qordon fərqləniblər.
“Nyukasl Yunayted” də ilk matçda 2:0 hesabı ilə qalib gəlib.
Digər final uğrunda ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Liverpul” və “Tottenhem” fevralın 6-da keçiriləcək cavab matçında mübarizə aparılacaq.
İngiltərə Liqa Kuboku, yarımfinal, cavab oyunu
Nyukasl Yunayted – Arsenal 2:0
Ceykob Merfi, 20, Entoni Qordon, 52