RU

Bakıda yol qəzası olub, xəsarət alan var

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, metronun “Koroğlu” stansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2008-ci il təvəllüdlü Dəniz Mikayıllı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Избранный
23
5
operativmm.az

6Источники