RU

Virciniyada 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Bakı. Trend:

ABŞ-nin Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evində2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, tədbirdə ABŞ-nin müxtəlif universitetlərinintələbələri, ölkəyə yeni gələn, həmçinin uzun illər ABŞ-də yaşayangənc soydaşlarımız iştirak edib.

Tədbirdə yeni yaradılmış CAN Könüllülük və İnkişafplatformasının təqdimatı keçirilib. Gənclərin şəbəkələşməsi,diasporumuzun gücləndirilməsi istiqamətində görüləcək işlərmüzakirə edilib, təcrübə mübadiləsi aparılıb. Bundan başqa,gənclərin ehtiyacları dinlənilib və təmin olunması yolları diqqətəçatdırılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova gənclərlə işsahəsində maraqlı olduqlarını vurğulayıb.

"Bu tədbir, Azərbaycan gənclərinin güclənməsi və icmamızınbirliyinin möhkəmləndirilməsi üçün atılmış mühüm addımdır.Gənclərimizin enerjisi və ambisiyası diasporumuzun gələcəyiniformalaşdırır",- deyə Azərbaycan Evinin qurucusu Sevda Tahirlibildirib.

Görüşdə müxtəlif oyunlar keçirilib, mətbəx nümunələrimiz təqdimolunub, milli musiqilərimiz səsləndirilib.

Избранный
23
2
az.trend.az

3Источники