RU

Türkiyədə dəhşətli zəlzələdən iki il keçir

6 fevral 2023-cü ildə Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində Türkiyə vaxtı ilə saat 04:17-də dəhşətli zəlzələ baş verib.

Türkiyə Prezidenti R.T.Ərdoğan fəlakətin ikinci il dönüündə sosial şəbəkələrdə paylaşım edib.

Paylaşimda deyilir:

"Hamımızı dərindən sarsıdan, qəlbimizdə böyük yaralar buraxan, millətimizin yaddaşında silinməz izlər buraxan 6 fevral zəlzələlərinin ikinci ilində itirdiyimiz 53 min 537 qardaşımızın hər birinə Uca Allahdan rəhmət diləyirəm.

Bir daha zəlzələ şəhidlərimizin yaxınlarına, millətimizə səbr diləyirəm.

İlk gündən dövlət, millət olaraq “bir olacağıq” dedik və zəlzələdən zərər çəkmiş bölgələrdən bir an belə əlimizi çəkmədik. Bundan sonra şəhərlərimiz ayağa qalxana qədər zəhmətlə, tərlə, mətanətlə, dəmir iradə ilə quruculuq və dirçəliş hərəkətimizi davam etdirəcəyik.

Sağaltdığımız yaraları tam sağalmayana və bütün vətəndaşlarımız təhlükəsiz və isti yuvaya sahib olana qədər qətiyyətimizdən güzəştə getməyəcəyik.

Amin, Fatihə, Yasin və dualarla dəfn edilmiş ömürlərimizin qiymətli xatirələrini qəlbimizdə yaşatmağa davam edəcəyik.

Allah ölkəmizi, millətimizi belə bəlalardan qorusun."

Избранный
14
anspress.com

1Источники