Bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, təhsilverənlərə sertifikatlaşdırmanın nəticəsinə görə vəzifə maaşlarına aylıq əlavələrin verilməsi onların aylıq tarif (vəzifə) maaşı ödənildikdən sonra müvafiq qaydada (keçid balına əsasən, 10 və ya 35% olmaqla) hesablanaraq ödənilir.
Eyni zamanda, Nazirlikdən qeyd edilib ki, mövcud qanunvericiliyə - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasın Qanununa əsasən, əmək pensiyası vətəndaşlara əvvəllər aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir.
“Əmək Məcəlləsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Qeyd edilənlər nəzərə alınaraq bildirilir ki, təhsilverənlərə sertifikatlaşdırmanın nəticəsinə görə ödənilən pul vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən əlavə ödənc hesab olunduğundan, əməkhaqlarına ödənilən əlavələrin gələcəkdə əmək pensiyasına təsir etməyəcəyi barədə fikirlər əsassızdır”, - deyə məlumatda vurğulanıb.
Mövzu ilə bağlı deputat Vüqar Bayramov da Trend-ə bildirib ki, sosial sığorta haqqında Qanunun 15-ci maddəsində müəllimlərin əməkhaqlarına əlavə edilən mükafatların məcburi dövlət sosial sığorta ayırmalarına cəlb edilməməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmayıb.
10Источники
-
azia.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB ( 15290341)
-
cebheinfo.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? – RƏSMİ CAVAB ( 15286793)
-
demokrat.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? — RƏSMİ CAVAB ( 15285223)
-
hit.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? ( 15284357)
-
konkret.azMüəllimlərin maaşına əlavələr pensiyasına təsir etməyəcək? – RƏSMİ CAVAB ( 15284063)
-
hurriyyet.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? – RƏSMİ CAVAB ( 15283065)
-
day.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB ( 15282739)
-
referans.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? – RƏSMİ CAVAB ( 15282411)
-
yenisabah.azMüəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? – RƏSMİ CAVAB ( 15282269)
-
olaylar.azMüəllimlərin maaşına əlavələr pensiyasına təsir etməyəcək? - RƏSMİ CAVAB ( 15282105)