RU

Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.

Apasport.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı növbəti mərhələyə vəsiqə qazanıb.

1/8 final, cavab oyunları

Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov - 0:1 (ümumi hesab 0:2)

Teymur Rəcəbov – Namiq Quliyev - 0,5:0,5 (1,5:0,5)

Vüqar Rəsulov – Rauf Məmmədov - 0:1 (0,5:1,5)

Aydın Süleymanlı – Riad Səmədov - 0,5:0,5 (1,5:0,5)

Məhəmməd Muradlı – Nicat Məmmədov - 0:1 (1:1)

Vasif Durarbəyli – Əhməd Əhmədzadə - 0,5:0,5 (1:1)

Vüqar Əsədli – Eltac Səfərli - 0,5:0,5 (1:1)

Misrətdin İsgəndərov – Nicat Abasov - 0,5:0,5 (1:1)

Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə - 1:0 (ümumi hesab 1:1)

Gövhər Beydullayeva – Səbinə Rzalı - 1:0 (2:0)

Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva - 0:1 (0:2)

Xanım Balacayeva – Ləman Hacıyeva - 1:0 (2:0)

Mələk İsmayıl – Gülnar Məmmədova - 0:1 (0:2)

Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova - 0,5:0,5 (0,5:1,5)

Nərmin Kazımova – Türkan Məmmədyarova - 0:1 (1:1)

Nərmin Abdinova – Səbinə İbrahimova - 0:1 (0,5:1,5)

Beləliklə bu gün Azərbaycan çempionatında növbəti tay-brek görüşləri olacaq.

Kişilərin yarışında Misrətdin İskəndərov-Nicat Abasov, Vasif Durarbəyli -Əhməd Əhmədzadə, Vüqar Əsədli-Eltac Səfərli və Məhəmməd Muradlı-Nicat Məmmədov arasında həlledici partiyalar oynanılacaq.

Qadınların çempionatında isə Lalə Hüseynova-Günay Məmmədzadə və Nərmin Kazımova-Türkan Məmmədyarova mübarizəni davam etdirmək uğrunda yarışacaq.

Qeyd edək ki, 1/8 finalın ikinci oyun günündə rəmzi ilk gedişi əməkdar artist, “Bakılı Oğlanlar” ŞHK-nın üzvü, naşir Bəhram Bağırzadə reallaşdırıb.

Azərbaycan çempionatı: 7 şahmatçı 1/8 finala vəsiqə qazanıb

Süleymanlı Niderlandda ikinci oldu

Süleymanlı Niderlandda liderdir

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şahmat üzrə Azərbaycan çempionatı başlayır

Избранный
31
14
apasport.az

10Источники