RU

Aygün Kazımovadan DAHA BİR YENİLİK: Süni intellektlə “Əlcək” – VİDEO

Xalq artisti Aygün Kazımova 2025-ci ilə olan ikinci layihəsini təqdim edib.

Yenicag.az xəbər verir ki, pop kraliça bu dəfə “Əlcək” adlı yeni mahnı oxuyub və ona maraqlı video çarx hazırlatdırıb.

Uzun müddətdir son zamanların dəbi ilə ayaqlaşan Kazımova süni intellektlə fotolarını izləyiciləri ilə bölüşürdü. Bu dəfə isə diva bunun səbəbini açıqlayıb. Ölkənin əsas ulduzu klipi üçün süni intellektə müraciət edib. O, fotoların da sözügedən ekran işinin anonsu olduğunu vurğulayıb. Belə ki, klip Rusiyada Elena İkonnikova (lenaiko) və komandası tərəfindən süni intellektlə ərsəyə gəlib.

Bəstənin müəllifi Mirodur. Bu, Kazımovanın Miro ilə ikinci işbirliyidir. Pop kraliçanın bundan əvvəl oxuduğu “Bilmək olmaz” hitinin də müəllifi Miro olub.

Qeyd edək ki, A. Kazımova 10 gün əvvəl “Etiraf” adlı layihəsini təqdim edib. Müğənninin həyat hekayəsindən bəhs edən klip “YouTube”da 1 milyondan çox izlənilib.

 

Cəvahir

Избранный
38
8
yenicag.az

10Источники