Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi “Alba” CEV kubokunun yarımfinal mərhələsinə yüksəlmək yolunda böyük addım atıb.
İdman.biz xəbər verir ki, Rumıniya klubu 1/4 finalın ilk matçında səfərdə Portuqaliya "Porto"sunu üç setdə məğlub edib - 3:0.
Ruban 16 xalla ən məhsuldar oyunçu olub, Xarçenko isə 10 xal toplayıb.
Cavab oyunu fevralın 20-də Rumıniyada olacaq.
İdman.biz