RU

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi “Alba” CEV kubokunun yarımfinal mərhələsinə yüksəlmək yolunda böyük addım atıb.

İdman.biz xəbər verir ki, Rumıniya klubu 1/4 finalın ilk matçında səfərdə Portuqaliya "Porto"sunu üç setdə məğlub edib - 3:0.

Ruban 16 xalla ən məhsuldar oyunçu olub, Xarçenko isə 10 xal toplayıb.

Cavab oyunu fevralın 20-də Rumıniyada olacaq.

İdman.biz

Избранный
13
idman.biz

1Источники