RU

6 milyardlıq investisiya - Azərbaycanda 10 700-dən çox iş yeri yaradıldı

2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb. 

Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların Înkişafı Agentliyinin Îdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib. 

Onun sözlərinə görə, sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

"Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb",-deyə sədr qeyd edib.

O vurğulayıb ki, növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Избранный
60
6
valyuta.az

10Источники