RU

Bu məşhur klinikaların cərrahlarının lisenziyası ləğv edildi – SİYAHI

Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Onlar arasında məşhur klinikaların olduqca tanınmış, televiziya verilişlərində tez-tez qonaq olan, reklam edilən estetik cərrahlar da var.

Tribunainfo.az xəbər verir ki, siyahıda “Baku Medical Plaza”, “İnternational Medical Centre”, “Milan VİP”, “Azərtürkmed” və “Medilux” klinikalarının cərrahlarının adları yer alıb. Belə ki, “Baku Medical Plaza”nın cərrahı Dilqəm Məhərrəmovun, “İnternational Medical Centre”in cərrahı Sevinc Heydərovanın, “Milan VİP”nin plastik cərrahı Könül Ağamirovanın, “Azərtürkmed”in cərrahı Şövkət Əliyevanın, “Medilux” klinikasının cərrahı Nərgiz Əhmədovanın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv edilib.

Adları çəkilən klinikaların və lisenziyası ləğv edilmiş cərrahların heç biri bununla bağlı hələlik heç bir açıqlama verməyiblər.

Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Избранный
13
tribunainfo.az

2Источники