RU

Polşa Prezidenti Baş nazir Tuska qarşı cinayət işinin qaldırılmasını dəstəkləyib

Polşa Prezidenti Andjey Duda ölkənin Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovskinin Baş nazir Donald Tusk barəsində dövlət çevrilişinə cəhd ittihamına əsasən cinayət işinin qaldırılması ilə bağlı qərarını dəstəkləyib.

APA-nın xəbərinə görə, bu barədə o, “Kanal Zero”ya müsahibəsində danışıb.

O bilavasitə ad çəkməsə də, bəzi dövlət məmurları tərəfindən yol verilən ciddi qanun pozuntularının silsilə xarakteri daşıdığını qeyd edib:

“Bu cür kobud qanun pozuntuları ilk növbədə ölkəmizin Konstitusiyasına xələl gətirir. O ki qaldı Konstitusiya Məhkəməsinin sədrinə, Boqdan Svençkovski kifayət qədər təcrübəli və savadlı hüquqşünasdır”.

Yeri gəlmişkən, ötən gün Polşanın Konstitusiya Məhkəməsi B. Svençkovsinin prokuror Mixail Ostrovskiyə Baş nazir Donald Tuska qarşı ittihamlarla bağlı istintaq prosesinin başlanmasını tapşırıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi ilə hökumət başçısı arasındakı fikir ayrılıqları sonuncunun ədliyyə sistemini 2017-2023-cü illərdə hakimiyyətdə olmuş “Hüquq və Ədalət” partiyasının tərəfdaşlarından təmizləmək niyyəti ilə bağlıdır.

Избранный
9
apa.az

1Источники