RU

“Zəlzələdə şəhid olanların yaxınlarına və millətimizə bir daha səbir diləyirəm”, R.T.Ərdoğan

 

Prezident Rəcəb Tayyib Ərdoğan 6 fevral 2023-cü ildə baş verən zəlzələlərdən zərərçəkmiş bölgələrə dəstəyin fasiləsiz davam etdiyini bildirdi. 

Kahramanmaraş mərkəzli zəlzələlərin ikinci ildönümündə sosial media hesabında paylaşım edən prezident “Hamımızı dərindən sarsan, qəlbimizdə dərin yaralar açan, millətimizin yaddaşında silinməz izlər buraxan 6 fevral zəlzələlərinin ikinci ildönümündə həyatını itirən 53 min 537 bacı-qardaşımıza uca Allahdan rəhmət diləyirəm” ifadələrini işlədib. 

Prezident R.T.Ərdoğan paylaşımında bunları qeyd edib: “Zəlzələdə şəhid olanların yaxınlarına və millətimizə bir daha səbir diləyirəm. İlk gündən etibarən dövlət və millət olaraq ‘Birlikdə güclüyük’ dedik və zəlzələdən təsirlənən bölgələrdən bir an olsun belə əlimizi çəkmədik. Bundan sonra da şəhərlərimiz tamamilə bərpa olunana qədər əzm, fədakarlıq və dəyanətlə inşa və abadlıq işlərini davam etdirəcəyik. Sardığımız yaraları tamamilə sağaldana, bütün vətəndaşlarımız təhlükəsiz və isti yuvalarına qovuşana qədər qətiyyətimizdən geri addım atmayacağıq.”



Избранный
26
trt.net.tr

1Источники