RU

Cəzaçəkmə müəssisələrindəki gənclər ali təhsil ala biləcək? - Deputatdan AÇIQLAMA

“Ali təhsil haqqında" qanun layihəsində distant təhsillə bağlı məqamlar öz əksini tapır. Əgər qanun qəbul olunarsa, ölkədə rəsmi şəkildə distant təhsil forması tanınacaq.

 

Bəs, distant təhsil formasına keçid olarsa, cəzaçəkmə müəssisəsindəki yeniyetmə və gənclərin də həbsxanada təhsil alma hüququ olacaqmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov qeyd edib ki, cəzaçəkmə müəssisələrindəki gənclərin təhsil alması xüsusi diqqətdə saxlanılmalıdır:

 

“Ali təhsil haqqında” qanun layihəsində distant təhsillə bağlı bir sıra məqamlar var. Həmin sənəddə  sözügüdən məsələ də nəzərdə tutulub.

 

Gənclərin bəziləri təhsildən yayınırlar, təhsil ala bilmirlər. Bu baxımdan distant təhsilin yaratdığı müəyyən çətinliklərlə yanaşı onun müsbət tərəfləri də var. Burada vaxta qənaət və bir sıra məsələlər bu təhsil formasının üstünlüklərindəndir. Cəzaçəkmə müəssisələrindəki gənclərin təhsilinin güclənməsinə töhfə verməliyik, çünki onların təhsil məsələsi həllini tapmadıqda, gələcəkdə onların cinayətkar kimi formalaşmasına zəmin yaradacaq. Bu səbəbdən də onların təhsil alması mütləq diqqətdə saxlanılmalıdır”.

Избранный
25
azedu.az

1Источники